Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən mənim hər anım” adlı konsert proqramı təqdim olunub.

09 aprel 2022 | 16:00

     “Vətən mənim hər anım” adlı konsert proqramı təqdim olunub.
     Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocavənd rayonunun Tuğ kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə “Vətən mənim hər anım” adlı konsert proqramı təqdim olunub.
      Dövlət İdarəçilik Akademiyası, Xocavənd Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan konsert “Şuşa İli”nə həsr edilib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      Sonra Cənab Prezidentin Xocavənd rayon Hadrut qəsəbəsinə səfərləri və Tuğ kənd Uşaq Musiqi Məktəbi ilə bağlı videogörüntülər nümayiş olunub.
Tədbirdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov , Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusunun tarix yazaraq 30 illik işğala son qoymasından, 44 günlük Vətən müharibəsində Zəfər qazanmağımızdan danışıblar. Bildirilib ki, Dövlət başçısının 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası istiqamətində silsilə tədbirlər keçirilir.
     Tədbirdə Tuğ kənd Uşaq Musiqi Məktəbinin fəaliyyəti yüksək qiymətləndirilib, bildirilib ki, bu məktəb özünün ənənələri və istedadlı şagirdlərilə həmişə seçilib.
      Konsertdə bəstəkarlar Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Cahangir Cahangirov, Həsən Rzayev, Ramiz Mirişli, Vaqif Mustafazadənin əsərləri səsləndirilib.
      Sözləri Baba Vəziroglu, musiqisi məktəbin pianino müəllimi Ceyhun Qurbanova məxsus olan “Canımız Vətən” adlı klip təqdim olunub.

Keçidlər