Şriftin ölçüsü :

Saytın rəngi :

"Şuşa xatirələri" adlı tədbir keçirildi.

21 aprel 2022 | 16:00

    "Şuşa xatirələri" adlı  tədbir keçirildi.
    Xocavənd rayon Mədəniyyət evində  2022-ci ilin Azərbaycan Respublikası  Prezidentinin Sərəncamına əsasən “Şuşa İli” elan edilməsi ilə bağlı "Şuşa xatirələri" adlı  tədbir keçirildi.
    Tədbirdə  Qarabağın tacı olan Şuşanın  xalqımız üçün müqəddəs və əziz məkan,  Şuşa sevgisinin  hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olmasından danışıldı.  Qeyd edildi ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
    Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun  Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etməsindən,  Şuşa qalibiyyətinin  tariximizə Zəfər Günü kimi həkk olunmasından bəhs edildi. Tədbirin sonunda iştirakçıların Şuşa xatirələri dinlənildi.

Keçidlər