Şəhid Zülfüqar Fərəcovun xatirəsi yad edilib.
Torpaqlarımızın azad olunması uğrunda şücaət göstərərək şəhid olmuş Fəzəcov Zülfüqar Müseyib oğlunun doğum günü münasibəti ilə "Şəhidlər" Memorial Abidə Kompleksində anim tədbiri keçirilmişdir. Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidlərin məzarına gül qoyulması ilə başlamışdır. Çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov torpaqlarımızın azad olunması uğrunda canından keçən vətəndaşlarımızın unudulmadığını, daim yaddaşımızda, qəlbimizdə yaşadığını tədbir iştirakçılarına çatdırmışdır. "Qarabağ müharibəsi Azərbaycanın özünü sübutu idi. Bu müharibə 1988-ci ildən başlamışdır və düz otuz ildən çox davam etmişdir. Nəhayət, arzumuz gerçəkləşdi və torpaqlarımız azad olundu. Bu bizi istəməyən bütün ölkələrə mesaj oldu. Müharibədə düşmənin arxasında ciddi dəstək vardı. Azərbaycan çox çətin günlərdən keçmiş, ordusunu, çökmüş iqtisadiyyatını yenidən yaradaraq özünü məhz bu müharibəyə hazırlamışdır. Düşmənə olan kömək torpaqları işğal altında olmasına baxmayaraq Azərbaycana göstərilməmişdi. Buna baxmayaraq ağıllı, düşünülmüş siyasət və ordumuzun qəhrəmanlığı qələbəni bizə qazandırmışdır". Çıxışına davam edən Eyvaz Hüseynov bildirmişdir ki, o, Fərəcov Zülfüqarı yaxından tanıyırdı. Hərbi hissələrdə keçirilən tədbirlərdə onun adını uğurlu hərbçilər siyasında eşdirdi. "Fərəcov Zülfüqar, xüsusiylə, snayper silahından ustalıqla istifadə edirdi. O bir neçə əməliyyatda düşmən hərbçlərini dəqiq atəşlə məhv etmişdi. Zülfüqarın bir oğlu bizə yadıgar qalmışdır. Əmrah atasının adına layiq olaraq ali məktəbə qəbul olmuşdur".
Tədbirdə digər çıxış edənlər Fərəcov Zülfüqarın qəhrəmanlığından danışmışlar. Anım tədbiri şagirdlərin hazırladığı bədii kompozisiya ilə davam etmişdir.