Sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti, Xocavənd UGİŞM, YAP Xocavənd Rayon Təşkilatı və Gənclər və İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd rayonlarının güləşçilərindən ibarət 120 idmançının iştirak etdiyi yarış gərgin mübarizə şəraitində keçib. Komanda hesabında birinci yer Xocavənd, Il yer Beyləqan, III yerin qalibi isə Ağdam güləşçiləri olub. Sonda qaliblər mükafatlandırılıb.