"Şuşa ili" nə həsr olunmuş "Könlüm keçir Qarabağdan!" adlı açıq dərsi keçirilmişdir.
"Şuşa ili" ilə bağlı Xocavənd rayonu Salakətin kənd tam orta məktəbin 10-cu sinfində Əməkdar müəllim, tarix müəllimi Telli Aliyevanın "Könlüm keçir Qarabağdan!" adlı açıq dərsi keçirilmişdir. Açıq dərsdə Xocavənd RTŞ-nin müdiri Ü.Məmmədov, metodik mərkəzin əməkdaşları və fənn müəllimləri iştirak etmişdir.
Açıq dərsdə şagirdlər 30 illik işğaldan sonra 2020- ci ilin sentyabrın 27-də başlanan 44 günlük müharibədə Azərbaycan ordusunun əldə etdiyi qələbələr, Vətən uğrunda həlak olan şəhidlər, qazilərimizin qəhrəmanlığı haqqında geniş məlumat verdilər.
Açıq dərs şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə yekunlaşdırıldı.