Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
10 may 2022-ci il tarixdə Rayon Mədəniyyət evində Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə rayon məktəblilərinin və mədəniyyət işçilərinin Ümummilli liderə, Şuşa ilinə və möhtəşəm Zəfərə həsr olunmuş əl işləri, fotolar və rəsmlərdən ibarət sərgiyə tamaşa ediblər.
Tədbir Rayon Musiqi məktəbinin və Mədəniyyət evinin hazırladığı "Sən elə bir zirvəsən!" adlı konsert proqramı ilə davam edib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən musiqi tədbirində bəstəkar və xalq mahnıları ifa olunub, məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunu.