Şriftin ölçüsü :

Saytın rəngi :

Koreyalı həkim və fizioterapevtləri tərəfindən əzələ və oynaq xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərə tibbi xidmət göstərilmişdir.

23 may 2016 | 16:00

21-22 may 2016-cı il tarixlərində Xocavənd rayon Mərkəzi Xəstaxanasında  Koreya Respublikasının Azərbaycandakı səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Xocavənd rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Sabaha sağlam ruhla” layihəsi çərşivəsində koreyalı həkim və fizioterapevtləri tərəfindən əzələ və oynaq xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərə tibbi xidmət göstərilmişdir.Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu layihənin əhəmiyyətini vurğulayaraq, onun ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına qayıtması ilə bağlı arzularını dilə gətirib.SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva çıxışında Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi böyük diqqət və qayğıdan danışıb, Assosiasiyanın hər zaman belə xeyriyyə tədbirlərinin təşkilinə dəstək verdiyini bildirib. Qeyd edib ki, 2005-ci ildə yaradılmış Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası mədəniyyət, incəsənət, arxeologiya, səhiyyə və digər humanitar sahələrdə layihələr həyata keçirib. Bu layihələr içərisində ən uğurlularından biri Koreya Şərq Təbabəti Klinikasının yaradılmasıdır. Xocavənd qəsəbəsində reallaşdırılan layihə 2015-ci ildə Füzuli rayonunun Horadiz şəhərində həyata keçirilən “Sabaha sağlam ruhla” adlı layihənin davamıdır.Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov layihənin Koreya-Azərbaycan dostluq münasibətlərinin göstəricisi olduğunu qeyd edərək, xocavəndliləri yaddan çıxarmadıqları üçün Koreya Respublikasının Azərbaycandakı səfirliyinə və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasına təşəkkürünü bildirib.Layihə çərçivəsində Kyung Hee Universitetinin Bakıda SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının koreyalı həkim və fizioterapevtləri tərəfindən əzələ və oynaq xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərə tibbi xidmət göstərilib. 200 məcburi köçkün Koreya şərq təbabəti üsulları ilə müalicə edilib, dərman preparatları ilə təmin olunub.

Keçidlər