Şriftin ölçüsü :

Saytın rəngi :

Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Sabaha sağlam ruhla” layihəsi həyata keçirilmişdir.

23 may 2016 | 16:00

Xocavənd rayonunda Koreya Respublikasının Azərbaycandakı səfirliyi, SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Sabaha sağlam ruhla” layihəsi həyata keçirilmişdir. Beyləqan rayonu ərazisində məskunlaşmış xocavəndli məcburi köçkünlərə dəstək məqsədi daşıyan layihəyə şərq təbabəti ilə müalicə, şagirdlər arasında “Sehrli nağıl” rəsm müsabiqəsi və Koreya filminin nümayişi daxildir.Layihə çərçivəsində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu və SEBA-nın nümayəndələri xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Xocavənd qəsəbəsinə gəliblər. Qonaqlar ümummilli lider Heydər Əliyevin qəsəbədəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra Xocavənd Rayon İcra Hakimiyyətində görüş keçirilib.Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə geniş məlumat verib. Bildirib ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarabağ müharibəsində rayonun 145 sakini şəhid olub, 300 nəfərdən çox insan sağlamlığını itirib. Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsini, eləcə də ətraf 7 rayonu da işğal edib, Azərbaycanlılara məxsus yaşayış məntəqələri, maddi-tarixi abidələr məhv edilib, dinc əhaliyə qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirilib. Təkcə Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı dinc sakinlərdən 118 nəfəri əsir götürülüb, 77 nəfər, o cümlədən 8 uşaq, 12 qadın qətlə yetirilib, kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.Hazırda rayon əhalisi ölkənin 36 rayonunda məskunlaşıb. Son illər Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün qəsəbələr salınıb, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Lakin xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır.“Dünya ictimaiyyəti münaqişəyə ikili standartlardan yanaşır. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə, beynəlxalq hüquqa əməl olunmur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu insanların hüquqları qorunmur. Biz dünya ictimaiyyətindən ədalət istəyirik”, – deyə Eyvaz Hüseynov vurğuladı.Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən Kim Çanq-gyu məcburi köçkünlərin üzləşdikləri çətinlikləri yaxşı başa düşdüyünü deyib. Ən qısa vaxtda məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını arzulayan səfir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Koreya xalqı Azərbaycanın yanındadır.SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva bildirib ki, Assosiasiya mədəniyyət, incəsənət, arxeologiya, səhiyyə kimi humanitar sahələrdə layihələr həyata keçirib. Bu layihələr içərisində ən uğurlularından biri Koreya Şərq Təbabəti Klinikasının yaradılmasıdır.Görüşün sonunda Koreya səfirliyi, SEBA Assosiasiyası və Rayon İcra Hakimiyyəti qarşılıqlı olaraq bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.Tədbir Rayon Mədəniyyət evində davam etdi. Koreya Respublikasının səfiri cənab Kim Çanq-gyu və Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov Azərbaycan Koreya arasındakı dostluq münasibətlərindən, mədəniyyət oxşarlığından söhbət açdılar.  Tədbirdə Rayon Musiqi məktəbinin şagirdləri Azərbaycan və ingilis dillərində “Sarı gəlin” mahnısını və Qarabağ şikəstəsi ifa etdilər. Sonda  “Nizamlı adam” adlı Koreya  filminin nümayişi oldu.

Keçidlər