Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir” mövzusunda dəyirmi masa keçirilmişdir.

16 iyun 2016 | 16:00

 15 iyun 2016-cı il tarixdə “Milli Qurtuluş Günü” nə həsr olunmuş   “Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummmilli Lider Heydər Əliyevin  abidəsi önünə tər gül dəstələri qoymuşlar. Rayon Mədəniyyət evində davam etdirilən tədbirdə bildirilmişdir ki,   Azərbaycan tarixində Heydər Əliyev səxsiyyətinin müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Ulu Öndər bütün həyatını döğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq qeyri-mümkündür. Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı.Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı. "Əsrin müqaviləsi" neft kontraktı imzalandı. Milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı. Azərbaycan informasiya blokadasından çıxarıldı. Azərbaycana xarici sərmayənin yatırılması üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldü. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması nizama salındı.

 

Keçidlər