Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

18 iyul 2016 | 16:00

Xocavənd rayonunun 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş  hesabat yığıncağı keçirilmişdir. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun məruzəsində bildirilib ki, 2016-cı ilin birinci yarısında Yeni Xocavənd qəsəbəsinin daxili yolları qum-çınqıl örtüyü ilə təmir edilib, Xocavənd qəsəbəsinin abadlaşdırılması və idman zalının tikintisi davam etdirilib. Məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə 1150 ədəd həmişəyaşıl ağacı və gül kolları əkilib. Bu il Xocavənd qəsəbəsində içməli su xəttinin dəyişdirilməsinə və kanalizasiya xəttinin çəkilməsi işlərinə başlanılacaq.2016-ci ilin birinci yarımili  ərzində rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2068   o cümlədən  inək və camışlar 1084 baş, qoyun və keçilər 15370  baş olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı ( diri çəkidə) 2713,0 sentner,  süd istehsalı (fiziki çəkidə) 10676,0  sentner, yumurta istehsalı (min ədədlə) 167,0 ədəd, yun istehsalı (fiziki çəkidə) 495,0 sentner  olmuşdur.  Bundan başqa  01 iyul 2016-ci il tarixi vəziyyətinə 5883,9 hektar  buğda sahəsindən 17722,14 ton məhsul əldə olunmuş  hər hektara 30,1 sentner, 248,51 hektar arpa sahəsindən 646,126 ton məhsul əldə olunmuş hər hektara 26,0 sentner, 17,0  hektar  kartof sahəsindən 195,5 ton məhsul əldə olunmuş hər hektara 115,0 sentner, 12,4 hektar tərəvəz sahəsindən 117,8 ton məhsul əldə olunmuş bu da hər hektara 95,0 sentner məhsul deməkdir.Rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrlə təmin olunması üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində 2016-ci ilin 6 ayı ərzində 376,0 ton mineral gübrə gətirilərək 70 faiz güzəştli qiymətlə rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmışdır.Əhalinin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədi ilə “Xocavənd”,“Yeni Xocavənd”, “Yeni Qaradağlı”, “Yeni Tuğ” və 320 ailəlik qəsəbələrdə elektrik enerjisi və qaz təminatı yaxşıladırılmış, sayğaclar quraşdırılmışdır. Verilən elektrik enerjisi və qaz  hər bir qaçqın və məcburi köçkün üçün ayrılmış enerji sərfiyyatından artıq olduğu halda bu fərqin ödənilməsi vətəndaşlar tərəfindən həyata keçirilir və bu prosesə rayonda yaradılmış  qərargah üzvləri tərəfindən mütəmadi nəzarət olunur.   Yığıncaqda həmçinin  qeyd olunub ki, Rayon Məşğulluq Mərkəzinə 112 nəfər işaxtaran vətəndaş müraciət edib, onlardan 61 nəfəri işlə təmin olunub. Xəzər Strateji Araşdırmalar İnstitutu tərəfindən həyata keçirilən “Qarabağ xalçaları” layihəsi çərçivəsində 320 ailəlik qəsəbədə xalçaçılıq kursları təşkil olunub. Həmin kursların davam etdirilməsi və xalça istehsal edən sexin fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulub.Bildirilib ki, ilin ötən dövrü ərzində xocavəndli məcburi köçkünlərin məskunlaşdığı 13 rayonda 23 səyyar qəbul keçirilib. 504 nəfər sakinin iştirak etdiyi görüşlərdə müxtəlif problemlərlə bağlı 38 məsələ barədə müraciətlər olunub. Qaldırılmış məsələlərin 89,5 faizi öz müsbət həllini tapıb, 10,5 faizi ilə əlaqədar izahat işləri aparılıb.Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb.

Keçidlər