Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı Gənclər Klubu” İctimai Birliyi Xocavənd qəsəbəsində olmuşdur.

26 iyul 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Bakı Gənclər Klubu” İctimai Birliyi tərəfindən 26 iyul 2016-cı il tarixdə Xocavənd qəsəbəsi rayon Mədəniyyət evində “Biz onlardan öyrəndik – Qəhrəmanlığı” başlığı altında tədbir keçirilmişdir. Tədbir çərçivəsində “Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti Ataxan Məmmədli  və tələbələr Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmüşlər. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə qonaqları salamlamış onlara xoş arzularını çatdırmış və həyata keçirdikləri layihənin çox böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Başçı layihənin gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi eyni zamanda vətənə, dövlətə sədaqət ruhunda tərbiyə olunması istiqamətində çox önəmli rol oynadığını bildirmişdir.Sonra tədbir Rayon Mədəniyyət evində davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov iştirakçılara “Bakı Gənclər Klubu” İctimai Birliyinin çoxşaxəli fəaliyyəti barədə danışmış və “Biz onlardan öyrəndik – Qəhrəmanlığı layihəsi barədə məlumat vermişdir. Tədbirdə çıxış edən “Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov iştirakçıları salamlayaraq, Xocavəndlilərlə görüşdən məmnunluğunu ifadə etdi. Bakı Dövlət Universitetinin dosenti Ataxan Məmmədli öz növbəsində Xocavənd qəsəbəsində qəhrəman vətən övladları ilə görüşdən xoşhal olduğunu qeyd etmişdir. Natiq Qarabağ həqiqətləri barədə ətraflı məlumat verərək, xalqımızın başına gətirilən müsibətlərdən danışmışdır. Bildirmişdir ki, Qarabağda başlanan hadisələrdə Xocavəndlilər əsl qəhrəmanlıq göstərmiş və vətən torpağının hər qarışı uğrunda canlarını fəda etmişlər. Tədbirdə çıxış edən müharibə veteranları, şəhid ailələrinin üzvləri və erməni əsirliyində olan rayon sakinləri Xocavənd sakinlərinin uşaqdan böyüyə silaha sarılıb düşmənə qarşı hər an vuruşmağa və bu yolda hər canlarını qurban verməyə hazır olduqları bildirmişlər. Sonda “Bakı Gənclər Klubu” İctimai Birliyinin üzvləri iştirakçılarla xatirə şəkli çəkdirmiş və klubun fəaliyyətini özündə əks etdirən bukletlər paylamışlar.

Keçidlər