Şriftin ölçüsü :

Saytın rəngi :

"Açıq kitabxana" layihəsi çərçivəsində silsilə tədbirlər davam edir.

30 avqust 2016 | 16:00

Xocavənd Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 29 iyul  etibarən 2016-cı il tarixdə Mədəniyyət və Turizim Nazirliyinin və Milli Kitabxananın layihəsi əsasında həyata keçirilən  "Açıq kitabxana" layihəsinə uyğun olaraq  silisilə tədbirlər keçirilmişdir."Açıq kitabxana" layihəsi çərçivəsində Xocavənd Rayon Mərkəzi Kitabxanası avqust ayı ərzində bir sıra müxtəlif devizli layihələr həyata keçirmişdir. Belə ki, 30 avqust 2016-cı il tarixdə  Qəbələ rayonunda “Açıq kitabxana” layihəsi çərçivəsində “Səyyar kitabxana” günü təşkil edilmişdir.  Müxtəlif istirahət mərkəzlərində istirahət edən turistlərin intellektual istirahəti, asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə təşkil olunan sərgidə kitab, jurnal, buklet, mütaliyə və kitabı sevdirmə ilə bağlı müxtəlif təbliğat vasitələri nümayiş olunmuşdur.  “Mən oxudum, sən də oxu” şüarı ilə həyata keçirilən və əsas məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliyə marağını artırmaq olan “Açıq kitabxana” layihəsi çərçivəsində keçirilən bu cür “Səyyar kitabxana” turistlər tərəfindən böyük maraqla qarşılanmışdır. Layihə çərçivəsində Rayon Mərkəzi Kitabxana Sistemi və kənd kitabxana filallları tərəfindən Xocavənd və Yeni Xocavənd qəsəbələrində  yerləşən uşaq bağçalarında, ictimai yerlərdə, Rayon Mərkəzi Xəstəxanasında sərgi təşkil olunmuş, eyni zamanda  qəsəbələrdə məskunlaşmış şəhid ailələri, əllilər və veteranların evlərinə ziyarətlər təşkil  edilmişdir.
 

 

Keçidlər