Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbir keçirilmişdir.

05 oktyabr 2016 | 16:00

05 oktyabr 2016-ci il tarixdə Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Tədbirdə çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Ümidvar Məmmədov Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik etmiş və onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulamışdır. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bu gün ölkəmizdə təhsil sahəsində aparılan dövlət siyasətindən söhbət açmışdır. Bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları, qəbul olunan Dövlət Proqramları hər bir müəllim üçün stimul yaradır. Natiq Salakətin kənd tam orta məktəbinin tarix müəllimi Alıyeva Telli Mehralı qızının Azərbaycan Respublikasının Prezidentinin 4 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı ilə təltif olunmasının Xocavənd ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılandığını qeyd etdi və Telli müəllimi bu münasibətlə təbrik etdi. Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətlərində fərqlənən müəllimlər Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının “Fəxri Fərmanı” və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər