Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon Mədəniyyət evində Qaradağlı faciəsinin 25-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

16 fevral 2017 | 16:00

Xocavənd rayon Mədəniyyət evində  Qaradağlı faciəsinin 25-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən    Salakətin kənd tam orta məktəbin tarix müəllimi Telli Alıyeva  Qaradağlıda törədilən soyqırımı hadisələrindən geniş söhbət açaraq  bildirmişdir ki, 1992-ci ilin 17 fevral tarixində Ermənistan ordusu və silahlı terror dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinin dinc sakinlərinə qarşı əsl soyqırımı aktı həyata keçirmişlər. 800 nəfərdən çox sakini olan bu qədim Azərbaycan kəndinin ermənilər tərəfındən işğalı zamanı 118 nəfər əsir götürülmüş, 33 nəfər güllələnmiş, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərilərini torpaqlamışlar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilmişdir. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olmuşdur. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat etmişlər. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Müxtəlif vaxtlarda yaralanmış 28 nəfər kənd sakinindən 9 nəfəri qocalar, 5 nəfəri qadınlar olmuşdur. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyni qətlə yetirilmiş, 146 uşaq yetim qalmışdır. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir.Tədbirdə çıxış edən Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda ordu quruculuğu sahəsində aparılan əsaslı islahatlardan söz açmış, bu gün Qüdrətli Azərbaycan ordusunun Qafqaz regionunda ən güclü ordu olduğunu bildirmişdir. Natiq Silahlı qüvvələrin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə   itirilmiş Qarabağ torpaqlarının azad ediləcəyi günün çox da uzaqda olmadığını, “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyev  sərəncamının bunu  bir daha  sübüt etdiyini   vurğulamışdır. Sonda tədbir rayon Mədəniyyət evinin kollektivi tərəfindən hazırlanmış “ Ana fəryadı” adlı  ədəbi-bədii kompozisiyanın nümayiş etdirilməsi və ilə başa çatmışdır.

 

Keçidlər