Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə bayram şənliyi təşkil edilmişdir

17 mart 2017 | 16:00

17 mart 2017-ci il tarixdə Xocavənd qəsəbəsi Bayraq meydanında Novruz bayramı münasibətilə bayram şənliyi təşkil edilmişdir. El şənliyində Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Aparatı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və əmək kollektivləri, ağsaqqallar, ziyalılar,  gənclər və rayon ictimaiyyəti nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları öncə rayonun öz adət-ənənələrinə uyğun novruz adətləri və qədim əşyaları ilə tanış oldular. Nümayiş olunan qədim misgərlik əşyaları, habelə novruz atributları iştirakçıların marağına səbəb oldu. Xalça toxuyan, cəhrə əyrən, yun darayan qadınlar, habelə xalq rəqslərini məharətlə ifa edən milli geyimli oğlan və qızların çıxışları da alqışlarla qarşılandı. Kosa və keçəlin məshəkələri onların şən zarafatları əsl bayram ovqatı yaradırdı. Bir-birindən gözəl xalq musiqi və rəqsləri , muğam və aşıq mahnıları bayram ab-havasına xüsusi rəng qatırdı. Bayram şənliyində Novruz tonqalı yandırılmış və mədəniyyət işçilərinin iştirakı ilə konsert proqramı təqdim olunmuşdur.

Keçidlər