Şriftin ölçüsü :

Saytın rəngi :

“Aprel qələbəsi” adlı tədbir keçirilmişdir

04 aprel 2017 | 16:00

04 aprel 2017-ci il tarixdə Xocavənd rayon Salakətin kənd tam orta  məktəbində Aprel döyüşlərinin   ildönümünə  həsr olunmuş “Aprel  qələbəsi” adlı tədbir keçirilmişdir.
     Tədbirdə məktəbin  müəllim və şagird kollektivi, valideynlər  iştirak etmişdir. Öncə Vətənimizin azadlığı uğrunda həlak olan şəhidlərin ruhu 1 dəqiqəlik sükutla  yad edildi. Məktəbin şagirdləri Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlar haqqında geniş məlumat verdilər. Bildirildi ki, 2016-cı ilin aprel ayında Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz şəhid oldu, eyni zamanda mülki şəxslər arasında da həlak olanlar oldu. Lakin qəhrəman oğullarımız bu təxribatın  qarşısını nəinki mərdliklə aldı, həmçinin  hərb tariximizə yeni şanlı səhifələr yazdılar. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır, Azərbaycan Ordusu  dünyanın ən güclü ordularından biridir.
Tədbirdə vətənpərvərlik ruhunda şeirlər söylənmiş, şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər