Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

27 mart 2017 | 16:00

27 mart 2017-ci il tarixdə Xocavənd qəsəbəsi Rayon İcra Hakimiyyətinin akt zalında  Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzmüş və ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakmiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik etmiş və xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunması sahəsində fəaliyyətlərində uğurlar arzulamışdır. Başçı Azərbaycan Dövlət Təhlükəsizliyi orqanının tarixindən danışaraq, 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlıların rəhbərlik etdiklərini bildirmişdir.  Natiq həmin il ulu öndər Heydər Əliyevin Azərbaycan DTK-nin sədri təyin olunması ilə Azərbaycanlı kadrların hazırlanması istiqamətində ciddi addımların atıldığını diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Xocavənd rayon bölməsinin rəisi Namiq Qarayev Azərbaycan Respublikası Təhlükəsizlik orqanlarının yaranması haqqında ətraflı məlumat vermişdir.

Keçidlər