Şriftin ölçüsü :

Saytın rəngi :

“Məşəl kimi yanan ürək” adlı IX ənənəvi Kitab bayramı keçirmişdir

04 may 2017 | 16:00

04 may 2017-ci il tarixdə  Xocavənd rayonunda  Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Məşəl kimi yanan ürək” adlı IX ənənəvi Kitab bayramı keçirmişdir.
Xocavənd rayon MKS-nin qarşısında  təşkil olunmuş bayrama Heydər Əliyevin mədəniyyət, kitabxana, xalq haqqında müdrik fikirlərini əks etdirən şüarlar, bayraq və şarlar daha təntənəli xarakter vermişdi. “Müstəqil Azərbaycan dövlətinin memarı”, “Nəsillərə örnək şəxsiyyət”, “Qoy bu kitabların qəhrəmanları sizə həyatda nümunə olsun”, ”Bu kitabları oxuyun” , “Yeni latın qrafikalı kitablar”, “Uşaq guşəsi” adlı kitab sərgiləri iştirakçıların böyük marağına səbəb olmuşdur. Tədbirdə kitablar haqqında müxtəlif kəlamlar səsləndirilmişdır. Məktəblilər və kitabxananın oxucuları ulu öndər Heydər Əliyevə , vətənə,  qəhrəmanlığa aid şeirlər söyləmişlər.
Tədbirdə Xocavənd rayon Mədəniyyət evinin hazırladığı “Böyük ömrün dastanı” başlıqlı ədəbi-bədii kompozisiya da nümayiş etdirilmişdir.

Keçidlər