Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyi keçirilmişdir

06 may 2017 | 16:00

“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün  keçirilməsi   haqqında” Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq  06 may 2017-ci il tarixdə Xocavənd  İdman Kompleksində  mini- futbol  üzrə açıq rayon birinciliyi  keçirilmişdir.  Ümummilli lider  Heydər  Əliyevin anadan olmasının  94-cü ildönümünü qeyd etmək, əhalinin asudə vaxtını səmərəli təşkil etmək, idmanın futbol növünü kütləviləşdirmək və rayon çempionunu aşkar etmək məqsədi ilə keçirilən yarışda 8 komanda,  65 nəfər iştirak etmişdir.  Yarışda 1-ci yerə Salakətin  kənd komandası, 2-ci  yerə Uşaq Gənclər İdman məktəbi,  3-cü yerə Xocavənd 4 saylı tam orta məktəbin  komandası layiq görüldü.  Birinciliyin qalibləri diplomla təltif olundu, hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər