Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir

10 may 2017 | 16:00

    Xocavənd Rayon İcra Hakimiyyəti başçısının “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün keçirilməsi” haqqında  20 aprel   2017-ci il tarixli  26 saylı sərəncamına əsasən 10 may 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri , Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının şura üzvləri və fəalları Ümummilli Liderin Rayon İcra Hakimiyyətinin inzibatı binasının qarşısında ucaldılmış abidəsi  önünə tər gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Sonra Bayraq meydanında Mədəniyyət evi işçilərinin  hazırladığı dahi rəhbər ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilmişdir. Tədbirdə ümummilli  liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açılıb, dahi öndərin müəyyən etdiyi dövlət inkişafı kursunu uğurla davam etdirən Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətlər diqqətə çatdırılmışdır. Tədbir Mədəniyyət evinin hazırladığı “Böyük ömrün dastanı” kompozisiyası ilə davam etmişdir.

Keçidlər