Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllim Günü münasibətilə tədbir keçirilib

05 oktyabr 2017 | 16:00

           05 oktyabr 2017-ci il tarixdə Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva ölkəmizdə təhsil sahəsində aparılan dövlət siyasətindən söhbət açmışdır. Bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları, qəbul olunan Dövlət Proqramları hər bir müəllim üçün stimul yaradır. Natiq müəllimləri peşə bayramı münsibətilə səmimi qəlbdən təbrik etmiş, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulamışdır.

Keçidlər