Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam etdirilir

19 oktyabr 2017 | 16:00

            Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam etdirilir. Bu münasibətlə növbəti tədbir 19.10.2017 ci il tarixdə Xocavənd rayon Mədəniyyət evində Rayon İcra Hakimiyyəti, YAP Xocavənd rayon Gənclər birliyi və Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə fəal gənclərlə görüş keçirilmişdir.
            Görüşdə YAP Xocavənd rayon Gənclər birliyinin sədri Vüsal Hüseynov,Gənclər İdman İdarəsinin rəisi Aslan Quliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Nasir Quliyev və digərləri çıxış edərək, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik tarixi yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunan misilsiz uğurlu nəticələrin bu gün partiyanın Sədri, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində yeni-yeni uğurlara yol açmasından danışıblar.
      Tədbirdə Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətinin müasir gənclik üçün dəyərli töhfə olduğu xüsusi ilə vurğulanıb

Keçidlər