Şriftin ölçüsü :

Saytın rəngi :

Tuğ kənd tam orta məktəbinin şagird və müəllim kollektivi Tuğ kəndinin işğalı gününü Cocuq Mərcanlı məktəbliləri ilə birlikdə qeyd ediblər

01 noyabr 2017 | 16:00

Tuğ kənd tam orta məktəbinin şagird və müəllim kollektivi Tuğ kəndinin işğalı gününü Cocuq Mərcanlı məktəbliləri ilə birlikdə qeyd ediblər. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva və Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva da iştirak etmişdir.
2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində işğalından azad edilmiş Cocuq Mərcanlı kəndinə ilk dəfə səfər edən şagirdlər kənd sakinləri ilə görüşmüş, məktəb binası və məscidlə, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq kənddə inşa olunacaq, yeni yaşayış evlərinin, uşaq bağçasının, həkim məntəqəsinin və digər sosial və infrastruktur obyektlərinin tikintisi ilə tanış olmuşlar

 

Keçidlər