Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nəsirov Fuad Məhərrəm oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Xocavənd açıq birinciliyi keçirilmişdir

25 noyabr 2017 | 16:00

    25 noyabr 2017-ci ildə tarixdə Xocavənd rayon İdman Kompleksində şəhid Nəsirov Fuad Məhərrəm oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Xocavənd açıq birinciliyi keçirilmişdir.Yarışın açılış mərasimində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Təhsil Şöbəsinin müdiri Ümidvar Məmmədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və Qarabağ müharibəsi veteranları iştirak etmişdir.
      Bildirilmişdir ki, Nəsirov Fuad Məhərrəm oğlu 29 mart 1971-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olmuşdur.1988-ci ildə Fuad Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1993-cü ildə həmin İnstitutu bitirib könüllü olaraq Milli Ordu sıralarına yazılır.O 1994-cü il yanvarın 30-da Ağdərə istiqamətində gedən döyüşlərdə öz fəallığı ilə seçilirdi.1994-cü il aprel ayının 21-nə açılan səhər düşmən qoşununun ehtiyat qüvvəsini öyrənmək tapşırığını yerinə yetirib geriyə qayıdarkən pusquda dayanmış ermənilərlə səkkiz nəfər arasında qeyri-bərabər döyüş başlamış və döyüşdə kəşfiyyat dəstəsinin 7 üzvü o cümlədən, Fuad Nəsirov qəhrəmancasına həlak olmuşdur.                                              Müxtəlif rayonlardan gəlmiş 13 komandanın iştirak etdiyi yarışın sonunda qaliblər diplom və medallarla təltif edildilər

Keçidlər