Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Şahmat üzrə Xocavənd rayon birinciliyi keçirildi

17 yanvar 2018 | 16:00

          17 yanvar 2018-ci il tarixdə "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi haqqında" Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Xocavənd Rayon İcra Hakimiyyəti, Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbi və Xocavənd rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Şahmat üzrə Xocavənd rayon birinciliyi keçirildi. 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək, rayonda şahmatı daha da inkişaf etdirmək və təbliğ etmək, məktəbli şahmatçılar arasında idman və dostluq əlaqələrini möhkəmləndirmək, perspektivli şahmatçıları aşkar etmək məqsədi ilə keçirilən yarışda 72 nəfər iştirak etmişdir. Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin 16 yaşadək oğlan və qızlarının qatıldığı rayon birinciliyinin qalibləri diplomla təltif olunmuşdur.

 

Keçidlər