Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin müəllim və şagird kollektivi şəhid Qədimov Zülfü Rəhim oğlunun ailəsini ziyarət etmişdir.

22 fevral 2018 | 16:00

        Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin müəllim və şagird kollektivi şəhid Qədimov Zülfü Rəhim oğlunun ailəsini ziyarət etmişdir.
        Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin müəllim və şagird kollektivi 2016-cı ilin fevral ayında düşmən təxribatının qarşısını alan zaman şəhid olmuş Qədimov Zülfü Rəhim oğlunun ailəsini ziyarət etmişdir. Görüş zamanı Şəhidin keçdiyi döyüş yolu haqqında geniş məlumat verilmiş, şeirlər səsləndirilmişdir. Salakətin kənd tam orta məktəbinin ədəbiyyat müəllimi Gültəkin Ağayeva bildirmişdir ki,Zülfü kimi qəhrəman oğullarımızın olması ilə fəxr edirik . Zülfü təkcə Ağdamın şəhidi deyil, o bütün böyükdən- kiçiyə hər kəsin şəhid oğludur. Onun arzularının çiçəkləndiyi bir zamanda həyata göz yumması hamımız üçün ağır itkidir. İnanırıq ki, belə oğullarımızın sayəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq, üçrəngli bayrağımız Qarabağda dalğalanacaq. O zaman Zülfü kimi şəhid oğullarımızın ruhu şad olacaq .
           Şəhidin anası şagirdlərin bu ziyarətini yüksək qiymətləndirmiş və öz minnətdarlığını bildirmişdir.

Keçidlər