Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib

24 fevral 2018 | 16:00

           Kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib
           Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocavənd qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib.Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaqdır. Əhaliyə təqdim olunan məhsulların qiyməti bazar qiymətindən 25-30 faiz aşağıdır.
       Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.

Keçidlər