Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Xocavənd qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirildi

01 mart 2018 | 16:00

         Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Xocavənd qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirildi
          01 mart 2018-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Xocavənd qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdı. Eyaz Hüseynov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Doğma torpaqlarından didərgin düşmüş insanlar qəzalı vəziyyətdə olan binalarda, çadır şəhərciklərində, fin evlərində, yataqxanalarda ağır şəraitdə yaşayırdılar. Ancaq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüldü. Məcburi köçkünlər üçün yeni qəsəbələr, şəhərciklər salındı, onların digər sosial problemlərinin həlli ilə bağlı ciddi addımlar atıldı. Ümumilikdə qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri inşa edilib ki, bu da 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması deməkdir. Bu isə Azərbaycan Prezidentinin məcburi köçkünlərin problemlərinin həllinə göstərdiyi diqqətin təzahürüdür. Sevindirici haldır ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən bu diqqət və qayğı bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və bu təcrübədən istifadə olunur. Birinci vitse-prezident Mehriban Əliyeva da hər zaman məcburi köçkünlərin problemlərinin həllinə həssaslıqla yanaşır. Təkcə ötən il Mehriban Əliyevanın rəhbərliyi ilə 1000-ə yaxın məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb.
       Daha sonra qəsəbə sakinləri çıxış edərək onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər