Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın Xocavənd rayonundan olan iştirakçılarının yola salınma mərasimi olmuşdur.

27 mart 2018 | 16:00

        “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın Xocavənd rayonundan olan iştirakçılarının yola salınma mərasimi olmuşdur.
       26 mart 2018-ci il tarixdə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın Xocavənd rayonundan olan iştirakçıları - rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola düşüblər.Yolasalma mərasimində rayon rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər. Tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini anıblar.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayacaqdır. O, qeyd etmişdir ki, bu aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsində, tədrisdə əldə edilən nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdan biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır. Mərasimdə daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini vermiş, onlara mənalı istirahət, zəngin təəssürat arzulamışlar. Bildirmişlər ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirməklə yanaşı həm də Azərbaycanın qədim tarixi-memarlıq abidələri ilə tanış olacaqlar. Şagirdlər isə onlara yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıq etdilər. Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla yola düşdülər.

Keçidlər