Şriftin ölçüsü :

Saytın rəngi :

Xudafərin Gömrük İdarəsi və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocavənd rayon Tuğ kənd 1 saylı tam orta məktəbdə “Gömrük və gənc nəsil” mövzusunda görüş keçirilmişdir.

19 aprel 2018 | 16:00

             19 aprel 2018-ci il tarixdə Xudafərin Gömrük İdarəsi və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocavənd rayon Tuğ kənd 1 saylı tam orta məktəbdə “Gömrük və gənc nəsil” mövzusunda görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası gömrüyünün yaranma tarixindən, idxal-ixrac əməliyyatları , qaçaqmalçılıq və gömrük hüquqpozmaları ilə mübarizə məsələləri şagirdlərin diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz onun uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır.
          Bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı uğurla mübarizə aparır.
         Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə mühüm tədbirlər görülmüşdür. Dövlət başçısı respublikamızda hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır və müvafiq işlərin həyata keçirilməsi davam etdirilir.
       Tədbirdə həmçinin qeyd olunub ki, bu kimi görüşlər şagirdlərin dünya görüşünün formalaşmasında, onların intelektual səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

Keçidlər