Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

18 aprel 2018 | 16:00

             Sumqayıt şəhərində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
           18 aprel 2018-ci il tarixdə Sumqayıt şəhərində Xocavənd Rayon İcra Hakimiyyəti Başçısının vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, rayonun aidiyyətı idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 11 aprel 2018-ci il tarixdə Azərbaycanda keçirilmiş Prezident seçkiləri barədə danışaraq bildirib ki, xalqımız görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafa səs verib. Başçı qeyd edib ki, 11 aprel seçkilərində Xocavənd rayon sakinləri də həmişəki kimi öz fəallığı ilə bir daha seçilmiş və Cənab Prezident İlham Əliyevə yenidən etimad göstərmişdir.
         Eyvaz Hüseynov ötən 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışaraq bildirmişdir ki, həyata keçirilən bütün layihələr, atılan bütün addımlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir. Qəbul zamanı başçı vətəndaşlar tərəfindən qaldırılmış problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

 

Keçidlər