Şriftin ölçüsü :

Saytın rəngi :

Cümhuriyyətin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilir.

19 may 2018 | 16:00

       Cümhuriyyətin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilir
    "Azərbaycan Xalq Cümhuriyyətinin 100 ilik yubileyinin qeyd edilməsi barədə" Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq
     19 may 2018-ci il tarixdə Tuğ kənd uşaq musiqi məktəbində bayram konserti keçirilmişdir. Konsertdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov, ziyalılar, valideynlər və məktəbin kollektivi iştirak etmişdir. Tədbirdə şagird və müəllimlərin ifasında Azərbaycan və Qərb bəstəkarlarından ifalar səsləndirildi. Sonda "Xocavənd rayonunda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə" bir neçə müəllim Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

 

Keçidlər