Şriftin ölçüsü :

Saytın rəngi :

25 may 2018-ci il tarixdə rayon Mədəniyyət evində Xocavənd rayon məktəbliləri arasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirildi.

25 may 2018 | 16:00

         25 may 2018-ci il tarixdə rayon Mədəniyyət evində Xocavənd rayon məktəbliləri arasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunması, yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi, bədii qiraət üzrə istedadlı məktəblilərin aşkar edilməsi məqsədi ilə keçirilən tədbirdə 54 nəfər iştirak etmişdir. Müsabiqədə 1-ci yeri Salakətin kənd tam orta məktəbin şagirdi Quliyeva Sənəm Səfər qızı, 2-ci yerləri Xocavənd rayon 4 saylı tam orta məktəbin şagirdi Quluzadə Nüşabə Eldar qızı və Xocavənd kənd 1 saylı tam orta məktəbin şagirdi Mehralıyeva Sərmayə Ağəli qızı, 3-cü yeri isə Tuğ kənd 1 saylı tam orta məktəbin şagirdi Tahirli Nərminə Seymur qızı tutdu. Qaliblər diplomla təltif olundu, hədiyyələrlə mükafatlandırıldı.

Keçidlər