Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocavənd”qəzetinin nəşr olunmasının 10 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

06 iyun 2018 | 16:00

“Xocavənd”qəzetinin nəşr olunmasının 10 illik yubileyi münasibətilə tədbir keçirilmişdir
06 iyun 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında “Xocavənd”qəzetinin nəşr olunmasının 10 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri: Əfsanə Quliyeva, Azər Süleymanov, qəzetin redaktoru Ruslan Şirinov, ilk redaktoru Gültəkin Ağayeva və rayonun ziyalıları iştirak etmişdir.
Tədbirdə bildirilmişdir ki, 2008-ci ilin iyun ayında ilk sayı çap olunan, rayonun sosial-iqtisadi, mədəni həyatına geniş nüfuz edərək müxtəlif mövzularda yazılar dərc edən, Xocavən Rayon İcra Hakimiyyətinin orqanı “Xocavənd” qəzetinin nəşr olunmasının 10 ili tamam olur. “Xocavənd” qəzeti çap olunduğu ilk gündən xocavəndlilərin gələcəyə inamının, müstəqilliyimizə sevgisinin, Vətənimizə dərin məhəbbətinin ifadəsini özündə əks etdirmiş, Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Respublikamızın iqtisadiyyatını, daxili və xarici siyasətini, mədəniyyətini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətləri və uğurları ictimaiyyətə çatdırmaq missiyasının öhdəsindən layiqincə gəlmişdir.
Tədbirdə çıxış edənlər yubiley münasibətilə öz təbriklərini çatdırmış və qəzetin gələcək fəaliyyətində uğurlar arzulamışlar. Sonda qəzetin ilk redaktoru Gültəkin Ağayevaya və hazırkı redaktoru Ruslan Şirinova “Xocavənd” qəzetinin nəşr olunmasının 10 illik yubileyi münasibətilə rayonda mətbuatın inkişafında xidmətlərinə görə" Xocavənd Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı təqdim edilmişdir.

Keçidlər