Şriftin ölçüsü :

Saytın rəngi :

Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Cənab Kim Çanq Gyu Xocavənd qəsəbəsinə səfər etmişdir.

25 iyun 2018 | 16:00

              Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Cənab Kim Çanq Gyu Xocavənd qəsəbəsinə səfər etmişdir.
25 iyun 2018-ci il tarixdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Cənab Kim Çanq Gyu, Kim Hvan Su (səfirin xanımı), Kim Van (səfirin oğlu), KOİCA Azərbaycan Nümayəndəliyinin direktoru, xanım Park Kumok, KOİCA Azərbaycan Nümayəndəliyinin əməkdaşı Səidə Səidi və səfirliyin əməkdaşları Xocavənd qəsəbəsinə səfər etmişlər. Qonaqlar öncə Ümummilli liderin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı abidəsi önünə tər gül dəstələri düzərək ulu öndərin əziz xatirəsini yad etmişlər. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun qonaqlarla görüşü olmuşdur. Görüş zaman Azərbaycan və Cənubi Koreya respublikaları arasındakı dostluq münasibətlərindən geniş söhbət açılmışdır. Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə səfirə geniş məlumat verib. Bildirib ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarabağ müharibəsində rayonun 146 sakini şəhid olub, 300 nəfərdən çox insan sağlamlığını itirib. Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsini, eləcə də ətraf 7 rayonu da işğal edib, Azərbaycanlılara məxsus yaşayış məntəqələri, maddi-tarixi abidələr məhv edilib, dinc əhaliyə qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirilib. Hazırda rayon əhalisi ölkənin 36 rayonunda məskunlaşıb. Son illər Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün qəsəbələr salınıb, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Lakin xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır.“Dünya ictimaiyyəti münaqişəyə ikili standartlardan yanaşır. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə, beynəlxalq hüquqa əməl olunmur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu insanların hüquqları qorunmur. Biz dünya ictimaiyyətindən ədalət istəyirik”, – deyə Eyvaz Hüseynov vurğuladı. Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən Kim Çanq-gyu məcburi köçkünlərin üzləşdikləri çətinlikləri yaxşı başa düşdüyünü deyib. Ən qısa vaxtda məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını arzulayan səfir bildirib ki, Ermənistan-Azərbaycan,                 Dağlıq Qarabağ münaqişəsində Koreya xalqı Azərbaycanın yanındadır.
       Görüş zamanı Xocavənd qəsəbəsinə su-kanalizasiya xətlərinin çəkilməsi layihəsinin müzakirəsi olub. Sonra qonaqlar "Azərsu" ASC-nin əməkdaşları ilə birlikdə qəsəbəni gəzərək xətlərin çəkiləcəyi küçələrlə yerindəcə tanış olublar.

Keçidlər