Şriftin ölçüsü :

Saytın rəngi :

Bayraq Gününə həsr olunmuş " Şərəf Rəmzi" adlı tədbir keçirilib

07 noyabr 2018 | 16:00

             Bayraq Gününə həsr olunmuş " Şərəf Rəmzi" adlı tədbir keçirilib
      07 noyabr 2018-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocavənd rayon Mədəniyyət evində Azərbaycanın Dövlət Bayrağı Gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir. Tədbirdə dövlət bayrağının hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunduğu vurğulanmış, millətin azadlıq rəmzi, vətənin simvolu, hər zaman qürur və inam yeri olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Rayon idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəblilərin və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir rayon ümumtəhsil müəssisələrinin, musiqi məktəbinin və Rayon Mədəniyyət evinin hazırladığı maraqlı bayram proqramı ilə davam etmişdir.

 

Keçidlər