Şriftin ölçüsü :

Saytın rəngi :

“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir“ mövzusunda tədbir keçirilmişdir

14 noyabr 2018 | 16:00

             “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir“ mövzusunda tədbir keçirilmişdir
          14.11.2018-ci il tarixdə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir“ mövzusunda Xocavənd rayon Salakətin tam orta məktəbində 8-ci və 9-cu sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilmişdir.TədbirdəXocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin təlimçisi Tünzalə Hacıyeva, DMX- nin əməkdaşı Rəşad Əsgərli, Rayon Məşğulluq Mərkəzinin əməkdaşları, məktəbin psixoloq və müəllim heyəti iştirak etmişdir.
      Tədbirdə gənclərin peşə meylinin öyrənilməsi, gənclərin peşə seçməyə hazırlanması, onların şüurlu yaradıcı əməyə hazirlanması, əmək bazarının tələbatını nəzərə almaqla münasib peşəyə yiyələnməsi və işə düzəlməsi məqsədilə həyata keçirilən ictimai-pedaqoji tədbirlər sistemi olduğu barədə əhatəli şəkildə məlumat verildi. Eyni zamanda yuxarı sinif şagirdlərinə əmək bazarında olan mövcud vəziyyət izah edilərək gələcəkdə peşə seçimində diqqətli olmaları və layiqli iş yerləri tapmaları tövsiyə edildi.
         Tədbirdə iştirak edən yuxarı sinif şagirdləri tərəfindən verilmiş suallar ƏƏSMN- nin təlimçisi və DMX- nin əməkdaşı tərəfindən ətraflı cavablandırıldı.

Keçidlər