Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində 22500 tut tingi əkilib.

15 dekabr 2018 | 16:00

               Xocavənd qəsəbəsində 22500 tut tingi əkilib.
            Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 7500 ədədi Çin, 15000 ədədi isə yerli olmaqla, 22500 tut tingi əkilib. İpəkqurdu üçün yem bazasının yaradılması məqsədilə əkilən tinglər suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Ting əkinində fəal iştirak edən xocavəndli məcburi köçkünlər kənd təsərrüfatının gəlir gətirən sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə əhalinin rifahının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına əminliklərini bildiriblər.
             Qeyd edək ki, ötən il xocavəndli məcburi köçkünlər tərəfindən 15500 tut tingi əkilmişdi.

 

 

Keçidlər