Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Mingəçevir şəhərində keçirilib.

22 dekabr 2018 | 16:00

         
         Mingəçevir şəhərində məskunlaşmış rayon sakinləri ilə səyyar qəbul keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə rəhbərlərinin iştirakı ilə keçən görüşdə yerli sakinlərin çıxışları, təklif və arzuları dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.
      Görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

 

Keçidlər