Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavəndlilər bayramı əsgərlərlə birlikdə qeyd etdilər

30 dekabr 2018 | 16:00

           Xocavəndlilər bayramı əsgərlərlə birlikdə qeyd etdilər
30 dekabr 2018-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bayram münasibətilə əsgər və zabitləri təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Başçı Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələrin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirildiyini və hazırda beynəlxalq standartlara cavab verən Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin respublikamızın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, eyni zamanda Ermənistan silahlı qüvvələrinin nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olduğunu bir daha vurğulamışdır. Başçı bildirmişdir ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. "Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində,Xocavənddə, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək".
       Sonda əsgərlərə bayram sovqatı paylanmış və konsert proqramı təqdim olunmuşdur.

 

Keçidlər