Şriftin ölçüsü :

Saytın rəngi :

İtaliyalı Jurnalistlər iki şəhid anası Sevil Əzizovanın evində olmuşlar.

31 yanvar 2019 | 16:00

             İtaliyalı Jurnalistlər iki şəhid anası Sevil Əzizovanın evində olmuşlar.
       “Askanews” xəbər agentliyinin xarici əlaqələr bölməsinin rəhbəri Orietta Mocatelli, “İl Massaggero” qəzetinin əməkdaşı Resella Fabinai, “Radio Radicale” radiosunun jurnalisti Giueseppe Erminio Di Leo və “Agenza Nova” informasiya agentliyinin müxbiri Palombarodan ibarət italiyalı media nümayəndələri Xocavənd rayonuna səfər çərçivəsində Xocavənd rayonunun Qaradağlı kəndindən olan Sevil Əzizovanın mənzilinə baş çəkdilər. Alov və Atəş adlı iki övladı Vətən uğrunda şəhid olan Sevil Əzizova Qaradağlı faciəsi haqqında jurnalistlərə geniş məlumat verdi. Jurnalistlərin suallarını cavablandıran Sevil ana "Oğulları torpağımızı, Vətənimizi, anaları qorumaq üçün böyüdürük. Biz onlarla fəxr edirik. Bilirik ki, Dövlət başçısının siyasəti nəticəsində torpaqlarımız azad olunacaq, öz yurd-yuvamıza qayıdacağıq. O zaman bizim şəhidlərimizin ruhun rahatlıq tapacaq. Ancaq lazım gəlsə, Ali Baş Komandanımız əmr versə, bir oğlum var, onu da şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək üçün döyüşə göndərməyə hazıram. Bunu bütün şəhid anaları adından deyirəm" -deyə bildirdi. Şəhid anası məcburi köçkünlər üçün yaradılan şəraitə görə ölkə rəhbərliyindən razılığını dilə gətirdi.

 

Keçidlər