Şriftin ölçüsü :

Saytın rəngi :

Əmirallar kənd tam orta məktəbində Qaradağlı şəhidləri yad edilib.

15 fevral 2019 | 16:00

                 Əmirallar kənd tam orta məktəbində Qaradağlı şəhidləri yad edilib.
          "Azərbaycan xalqı tarixən soyqırımlara, vəhşiliklərə məruz qalan bir xalq olub. Zaman-zaman dəhşətlərə məruz qalan xalqımız belə acılı, dəhşətli günlərdən birini də 17 fevral 1992-ci ildə yaşadı.O gün kimsənin yadından çıxacaq bir gün deyil. Hər bir Azərbaycan vətəndaşının qan yaddaşlarından biri də QARADAĞLI Soyqırımıdır. Bu soyqırımı hər gün anmaq, xatırlamaq hər birimizin borcudur"- bu sözlər Xocavənd rayon Əmirallar kənd tam orta məktəbində keçirilən tədbirdə səsləndirilib. Tədbirdə şagirdlərə QARADAĞLININ cəsur oğulları, şəhidləri, onların göstərdiyi igidliklər barəsində geniş məlumat verildi.Rəsm sərgisi keçirildi, şəhidlərin şəkilləri önünə gül dəstələri qoyuldu.Rəsm sərgisində jurnalist Vüqar Qarabağlı da iştirak etdi.
                Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər