Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində Beyləqan rayonu ərazisində yerləşən N saylı hərbi hissədə “Açıq qapı” günü keçirilmişdir.

18 mart 2019 | 16:00

            17 mart 2019-cu il tarixində Novruz bayramı ərəfəsində Beyləqan rayonu ərazisində yerləşən N saylı hərbi hissədə “Açıq qapı” günü keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov, müharibə veteranları, rayon ictimaiyyəti nümayəndələri, Xocavənd rayon Tuğ kənd Uşaq musiqi məktəbinin kollektivi, əsgər valideynləri və yaxınları iştirak etmişdir. Öncə hərbi hissəyə gələn vətəndaşlar yaradılan şəraitlə yaxından tanış olmuş, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkmişlər.
          Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə keçirilən tədbirdə Xocavənd rayon Tuğ kənd Uşaq musiqi məktəbinin kollektivi tərəfindən biri-biridən maraqlı musiqi səhnələri təşkil edilmiş, eyni zamanda əsgərlərə bayram sovqatı paylanılmışdır. Tədbirdə yaxından iştiraka və fəallığa görə Tuğ kənd Uşaq musiqi məktəbinin kollektivi, direktoru və məktəbin fəal şagirdi fəxri fərmanla təltif edilmişlər.

Keçidlər