Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənilərin öldürdüyü Zəhra və nənəsinin abidəsi qoyulub.

03 aprel 2019 | 16:00

          Füzuli rayonunda ermənilərin açdığı atəş nəticəsində qətlə yetirilən 2 yaşlı Zəhra və nənəsinin abidə kompleksinin açılışı olub.
     2017-ci ilin iyulunda erməni hərbiçilərin dinc əhalinin yaşadığı yerə atılan iri çaplı mərmilər Sahibə Quliyeva və nəvəsi Zəhra Quliyenin ölümü ilə nəticələndi. Bu gün Zəhra və nənəsinin vəfat etdiyi yerdə onların xatirəsinə abidə inşa olunub və kiçik park salınıb. Abidənin rəsmi açılışı olub. Açılış mərasimində Hərbi birlik nümayəndələri, Füzuli, Xocavənd və Cəbrayıl rayon rəhbərlikləri hərbçilər və kənd sakinləri iştirak edib.
      Öncə abidə ziyarət olunub önünə gül dəsətələri düzülüb. Tədbirdə çıxış edənlər Ermənilərin törtədiyi vəhşiliklərdən danışıblar.

 

Keçidlər