Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon Polis Şöbəsinə yeni təyin olunmuş rəisi polis-polkovnik leytenantı Mirhüseynov Xəyyam Cahangir oğlu rayon ictimaiyyətinə təqdim edilmişdir.

05 aprel 2019 | 16:00

         03 aprel 2019-cu il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Xocavənd Rayon Polis Şöbəsinə yeni təyin olunmuş rəis polis-polkovnik leytenantı Mirhüseynov Xəyyam Cahangir oğlu rayon ictimaiyyətinə təqdim edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov rəisi təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Başçı bildirmişdir ki, Azərbaycanın daxili işlər orqanlarının əsas inkişaf mərhələsi ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə də dövlət qayğısı güclənmiş, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilmişdir. Şəxsi heyətin milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə müasir silah və texnika ilə təchiz edilmiş erməni hərbi birləşmələrinə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə məhz polis, sonrakı illərdə isə Daxili İşlər Nazirliyinin Daxil Qoşun hissələri olmuşdur. Eyvaz Hüseynov 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş, öz tarixinin mürəkkəb dövrünə qədəm qoymuş Azərbaycanda, qeyri-sabit ictimai-siyasi vəziyyət, insan hüquqlarının kütləvi şəkildə pozulması, hərc-mərclik, özbaşınalıq və s. bu kimi halların dözülməz həddə çatdığını qey etmişdir. Ancaq Ulu öndərin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı respublikada köklü müsbət dəyişikliklərin əsasını qoydu. Ümummmilli lider Heydər Əliyevin Azərbaycan polisinin fəaliyyətinə, fədakarlığına daim yüksək qiymət verdiyini bildirən başçı, bu siyasətin bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha qeyd etdi.

        Tədbirdə çıxış edənlər Xocavənd Rayon Polis Şöbəsinə yeni təyin olunmuş rəisi təbrik etmiş ona yeni işində uğurlar arzulamışlar. Bildirilmişdir ki, bu gün respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabit saxlanması bilavasitə Azərbaycan polisinin adı ilə bağlıdır.

Keçidlər