Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilmişdir

02 may 2019 | 16:00

        Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatı əməkdaşları, hüquq-mühafizə orqanları, eyni zamanda təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərləri iştirak etmişlər. Qəbulda çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qeyd etmişdir ki, mütəmadi qaydada keçirilən bu görüşlər sakinlərin problemlərinin yerindəcə dinlənilməsi, və həlli istiqamətində müvafiq addımların atılması məqsədi daşıyır. Başçı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məcburi köçkünlərə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də ölkəmizin hər bir bölgəsində aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.
    Görüş-qəbulda rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

 

Keçidlər