Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının ”2019-cu ilin üç ayı ərzində gördüyü işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirilmişdir.

08 may 2019 | 16:00

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprel ayının 30-da Nazirlər Kabinetinin “2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı giriş və yekun nitqində qarşıya qoyulan vəzifələr və Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının 2019-cu ilin üç ayı ərzində gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
          07 may 2019-cu il tarixdə rayon Mədəniyyət evində Xocavənd Rayon İcra Hakimiyyəti başçısının ”2019-cu ilin üç ayı ərzində gördüyü işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov iştirak etmişdir.
Başçı bildirmişdir ki,2019-cu il aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, hesabat dövründə düşünülmüş siyasət və aparılan islahatlar sayəsində qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla icra edilməsi nəticəsində ölkəmizin uğurlu inkişafı istiqamətində önəmli addımlar atılmışdır.
           Hesabat dövrü milli inkişaf modelinin uğurla tətbiqi, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi,iqtisadi sahədə islahatların dərinləşməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı isə 4,4 faiz artmış, ölkə iqtisadiyyatına 2.8 milyard dollar sərmayə qoyulmuşdur ki, bu sərmayənin də 2 milyard dolları qeyri-neft sektoruna yatırılmışdır.
        İqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz təşkil etmiş, inflyasiya 2,1 faiz, əhalinin gəlirləri isə 5,5 faiz olmaqla gəlirlər inflyasiyanı üstələmişdir.
Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmiş, təsdiq edilmiş strateji yol xəritələrində cari, orta və uzun müddətli dövr üçün iqtisadiyyatın əsas sektorları üzrə inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmiş, xüsusilə sahibkarlara geniş dəstək verilərək iqtisadi islahatlar davam etdirilmişdir. İqtisadi sahədə yerli sahibkarların Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı, sənaye və xidmət sektoruna daha çox investisiya yatırmasının stimullaşdırılması, əlavə istehsal sahələrinin yaradılması diqqət mərkəzində saxlanılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan il ərzində 32 pillə irəliləyərək ən islahatçı 10 ölkə sırasında yer alaraq 25-ci yerə layiq görülmüşdür.
       Hesabat dövrü ərzində ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması nəticəsində kənd təsərrüfatı 3,6 faiz artmışdır. Əlbəttə ki, kənd təsərrüfatının inkişafı, o cümlədən özünüməşğulluq sisteminin tətbiqi ilə də bağlı olacaqdır. Bu sistem əlbəttə ki, təkcə kənd təsərrüfatı sahəsini əhatə etməyəcəkdir. Özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə olacaqdır. Eyni zamanda, bu gün dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar.
          Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmaqla, son 15 il ərzində 2 milyon iş yeri yaradılmışdır. Hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək nəzərdə tutulur. Bu il 40 min ödənişli ictimai iş yeri açılacaqdır və artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin edilmişdir.
            Dünyada baş verən maliyyə-iqtisadi böhranın yaratdığı çətinliklərin qarşısını almaq üçün Azərbaycan dövləti qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlamağı bacarmışdır. Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artmışdır ki, bunun da 150 milyon manatdan çox hissəsi vergi sahəsində, 50 milyon manatdan çox hissəsi isə gömrük sahəsində əldə edilmişdir. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergi toplaya bilmişlər.
         Keçən il keçirilmiş Prezident seçkiləri ərəfəsində dövlət başçısı tərəfindən islahatların anonsu verildi və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldı və prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə başlanıldı. Bu ilin birinci rübündə müxtəlif mərhələlərdə aparılmış islahatlar nəticəsində ölkəmiz inkişaf etmiş, son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Bildiyiniz kimi, prezident seçkilərindən sonra cənab Prezidentin imzaladığı ilk Fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi və onun icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsait ödəniləcəkdir.
        Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Ötən dövrdə minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır.
            Digər bir önəmli məsələ problemli kreditlərlə bağlı idi ki, bu məsələ də Azərbaycanda ən yüksək səviyyədə həll olundu. Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılsa da, ancaq bu məsələ ən genişmiqyaslı və vətəndaşları təmin edəcək şəkildə, ədalətli şəkildə yalnız Azərbaycanda həll olunmuşdur.
         Azərbaycanın dinamik inkişafını şərtləndirən ən mühüm amillərdən biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Hökumət azad iqtisadi münasibətlərə, rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də diqqətdən qaçırmır. Eyni zamanda həyata keçirilən ardıcıl islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Ötən dövrdə sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı ilə əlamətdar olmuşdur.
          Son illərdə meliorativ tədbirlərin həyata keçirilməsi geniş vüsət almış və bir neçə il ərzində yüz minlərlə hektar yeni torpağa su xətləri çəkilmiş, bu il isə ən azı əlavə 70 min hektara su xətləri çəkilərək, orada da meliorativ tədbirləri yaxşılaşdırılacaqdır.
          Həmçinin içməli su layihələrinin icrası ilə bağlı onu qeyd etmək olar ki, bu günə qədər 38 şəhərdə bu layihələr başa çatmışdır Əvvəlki illərdə su ilə təmin edilməyən 38 şəhərə təmiz içməli su xətləri çəkilmişdir ki, suyun keyfiyyəti də Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur. Bu ilin sonuna qədər əlavə 5 şəhərdə bu layihələr başa çatdırılacaq, 12 şəhərdə isə işlər davam etdirilir.
           Bu ilin yanvar ayında çox önəmli hadisə olan regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Əvvəlki üç proqramın icrası nəticəsində ölkəmizdə qazlaşdırma 95 faiz səviyyəsindədir, ümumilikdə 15 min kilometr avtomobil yolu salınmış, 3200-dən çox məktəb tikilib və təmir edilmiş, bu il isə 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcəkdir. Eyni zamanda 640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulmuş, bu il 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq, altı milyon insan dövlət hesabına tibbi müayinədən keçəcəkdir.
           “ASAN xidmət” mərkəzlərinin inşası davam etdirilir və bu il bölgələrdə beş "ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur və beləliklə, onların sayı 20-yə çatacaqdır. Ancaq nəzərə alsaq ki, funksiya genişlənir və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır, ona görə də Bakı şəhərində əlavə iki "ASAN xidmət” mərkəzi yaradılacaq və beləliklə, onların sayı 22-yə çatacaqdır.
      Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
          İndi Azərbaycan hökumətinin qeyri-neft sektorunun sürətli inkişafını təmin edən islahatlar strategiyasının ana xəttini ölkədə istehsal olunan xam məhsulların emalını yüksək səviyyədə təşkil etməklə, rəqabət qabiliyyətli son məhsul istehsalını təmin etməkdir. Ölkə başçısının bilavasitə təşəbbüsü ilə xam neftin, qazın, aqrar sektorda və digər sahələrdə istehsal edilən xam məhsulların emal olunacağı sənaye müəssisələrinin tikintisini nəzərdə tutan bir sıra layihələr reallaşdırılır və bu istiqamətdə işlər getdikcə daha da genişləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir. Bu günə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Təkcə bu il əvvəllər verilmiş və qaytarılan kreditlər hesabına 170 milyon manat həcmində kredit veriləcəkdir. Ölkədə sənaye istehsalının gücləndirilməsi, aqro və texnoparkların, bütün regionlarda sənaye zonalarının yaradılması artıq zərurətə çevrilmişdir. Artıq sənaye parklarında, sənaye zonalarında 60-a yaxın rezident var və bu parklara, zonalara artıq 3,3 milyard dollar sərmayə qoyulmuşdur. Eyni zamanda bu il iki böyük zavodun – karbamid və yüksək sıxlıqlı polietilen zavodlarının açılışı bizim sənaye potensialımızı böyük dərəcədə gücləndirir.
           Ardıcıl tərəqqi yolunda olan milli iqtisadiyyatımızın digər sahələri kimi, yanacaq-energetika kompleksi də inkişaf edir, onun müasir tələblərə uyğun yenidən qurulması üçün aparılan genişmiqyaslı islahatlar öz bəhrəsini verir və bu sahə ölkəmizin sosial-iqtisadi həyatına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, ümumilikdə ölkəmizin tərəqqisinə öz töhfələrini verir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilmiş ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşımaqla dövlətimizin qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır.
       Son zamanlar regionda, bütövlükdə dünyada baş verən mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Beynəlxalq aləmdə dövlətlərarası əməkdaşlığın böhran dövrü keçirməsinə baxmayaraq, Azərbaycan dövləti belə bir mürəkkəb tarixi şəraitdə də həmişə olduğu kimi, milli maraqlardan irəli gələn xarici siyasət yürüdür. Bu səfərlərin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir.Möhtərəm dövlət başçısı xarici səfərlər zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığı irəli aparmaq üçün ardıcıl səylər göstərmiş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə təşəbbüslər irəli sürmüş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində və həllində yaxından iştirak etmişdir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin dünya liderləri ilə apardığı danışıqlarda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələrini daim diqqətə çatdırmış, münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyini vurğulamışdır. Digər tərəfdən, xarici ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri zamanı ikitərəfli əlaqələrin geniş spektri müzakirə edilmiş, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilmişdir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Son zamanlar istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri və nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, keçirdiyi görüşlər ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın artırılması ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də mühüm rol oynayır.
            Hesabat dövrü ərzində Azərbaycanın iştirakı ilə bir neçə önəmli beynəlxalq hadisə baş vermişdir ki, onların arasında VII Bakı Qlobal Forumunu qeyd etmək lazımdır. Bu forumda dünya miqyasında ən mötəbər 50 ölkəni təmsil edən 500-dən çox qonaq iştirak etmişdir. Onların arasında 50-yə yaxın fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı olmuşdur. Forum həm intellektual potensialına, həm də müzakirə olunan məsələlərə görə doğrudan da dünya miqyasında seçilən tədbirlərdən biridir. Həmçinin Azərbaycanın təşəbbüsümüzlə OPEC+ görüşü keçirilmişdir. Bildiyiniz kimi, Azərbaycan nəinki bu təşəbbüsün iştirakçısıdır, hətta bu təşəbbüsün, - əgər belə demək mümkündürsə, - müəlliflərindən biridir. O cümlədən bu il Cənub Qaz Dəhlizinin Məşvərət Şurası ənənəvi olaraq Azərbaycanda keçirilmişdir.
             Həmçinin onu da qeyd etməliyik ki, öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə rəhbərinin diqqət mərkəzində olmuş, hesabat dövründə də qaçqın və məcburi köçkünlər üçün yeni binalar tikilir, qəsəbələrin salınması davam etdirilmişdir. Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir və ilin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, həmçinin bu mənzillərin, evlərin sayı gələcəkdə artırılacaqdır.
Eyni zamanda bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcəkdir. Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 ədəd minik avtomobili veriləcəkdir, bu günə qədər isə 6200 avtomobil verilmişdir.
          Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmişdir. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək və heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir.
         Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Son vaxtlar baş vermiş hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, “Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”.
          Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, milli-mənəvi dəyərlərin qiymətləndirilməsi, milli həmrəyliyin təmin edilməsi, ən başlıcası vətəndaş cəmiyyətinin qurulması naminə dövlət tərəfindən görülən işlər ölkəmizin tərəqqisini və xalqımızın rifahını yüksəldir. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, mədəniyyət sahələri üzrə layihələr reallaşdırılmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə də daim diqqətlə yanaşır. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür.
           Dövlət rəhbərinin qarşıya qoyduğu konkret vəzifələrin təhlili onu söyləməyə əsas verir ki, Azərbaycan yeni situasiyada da bütün strateji planlarını yerinə yetirərək sosial-iqtisadi və ictimai-siyasi inkişaf proseslərini davam etdirmək üçün əsaslandırılmış, aydın proqramlara malikdir və qlobal miqyasda özünü göstərən böhranlı vəziyyəti ölkəmizin gələcəyi üçün yeni bir imkana çevirmək əzmindədir.
       2019-cu il ərzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair “Dövlət Proqramları”nın uğurla davam etdirilməsi nəticəsində bölgələrin hərtərəfli inkişafı təmin edilmiş, həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi öz aktuallığını və önəmliliyini qoruyub saxlamışdır. Qəbul edilmiş “Dövlət Proqramı”na uyğun olaraq ayrı-ayrı məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələləri üçün Beyləqan rayonunun inzibati ərazisində 146 ailəlik qəsəbənin tikintisinə başlanılmışdır.
         “2018-ci ildə Xocavənd rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” 09 fevral 2019-cu il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan və təkliflərlə bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksində 12 ədəd işıq dirəkləri quraşdırılmışdır. 2019-cu ildə Qədim xalçaçılıq sənətinin inkişafı etdirilməsi və məcburi köçkünlərin işlə təmin edilməsi üçün Azərbaycan Respublikası “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon ərazisində xalça istehsalı emalatxanasının tikintisi nəzərdə tutulmuşdur. Bu məqsədlə məcburi köçkünlər üçün salınmış 320 ailəlik qəsəbənin ərazisindən 0.4 (63X63) hektar torpaq sahəsi ayrılmışdır.
        Rayonumuzda şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, kimsəsizlərin, yataq xəstələrinin və digər kateqoriyalardan olan aztəminatlı ailələrin sosial vəziyyətini qismən yaxşılaşdırmaq məqsədilə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 2019-cı ilin I rübü ərzində 34 ailəyə orta hesabla 120 manat maddi yardım göstərilmişdir.
      Rüb ərzində Rayon Məşğulluq Mərkəzinə 32 nəfər (19 nəfəri qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, həmin vətəndaşlardan 14 nəfəri işlə təmin olunmuşdur. 01.04.2019-cu il tarixə idarə, müəssisə və təşkilatlar tərəfindən boş iş yerləri haqqında verilən hesabat formasına əsasən rayon üzrə 100 vakant boş iş yerləri mövcuddur. Mövcud olan boş iş yerləri RMX- 28, Təhsil şöbəsi-46, Baytarlıq -1, digər boş iş yerləri (vakant)dövlət qulluğu ilə bağlıdır.Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi əsasında hazırlanmış “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Xocavənd rayonunda da pambıqçılığın inkişafı ilə əlaqədar ötən il 97 hektar ərazidə pambıq əkilmiş və həmin pambıq sahəsindən hər hektara 20,0 sentner olmaqla 194.0 ton pambıq məhsulu əldə olunmuşdur. Cari ildə Xocavənd rayonundan olan 1 nəfər sahibkar tərəfindən 15 ha ərazidə pambıq əkilmişdir. Sahibkara bütün texniki və digər zəruri işlərin həyata keçirilməsində tərəfimizdən köməklik olunmuşdur.
       Həmin Strateji Yol Xəritəsi əsasında hazırlanmış “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq baramaçılığın inkişafı ilə əlaqədar olaraq rayonda 15500 ədəd, 2018-ci ildə isə 22500 ədəd olmaqla cəmi 38000 ədəd tut tingi əkilmişdir. Ötən il ilk dəfə olaraq 4 nəfər kümçüyə verilən 26 qutu ipək qurdundan cəmi 1047 kq yaş barama istehsal olunmuşdur. Barama istehsalçılarına 1039,0 kq sort qarışıqlı barama məhsuluna görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi üzrə Xocavənd rayon kənd ərazi komissiyalarının təqdim etdiyi materiallara əsasən 3 ərazi komissiyası üzrə 4 (dörd) kümçüyə çatacaq 5198,0 (beş min bir yüz döxsan səkkiz) manat məbləğində vəsait kümçülərin aqrokart hesablarına köçürülmüşdür. Cari ilin I rübündə baram istehsalı üçün hazırlıq işləri həyata keçirilmiş və yaxın günlərdə 50 qutu ipəkqurdu kümçülərə paylanılacaqdır. Bu il rayon üzrə 2000 kq barama istehsal edilməsi nəzərdə tutulmuşdur.
          Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinə uyğun olaraq rayonun ehtiyat fond torpağına daxil olan kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısı alınmış, 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 8150 hektar sahədə buğda, 250 hektar sahədə arpa, 61 hektar sahədə soğan əkilmişdir. Rayon ərazisində becərilən kənd təsərrüfatı bitkilərinin xəstəliklərdən və ziyanvericilərdən qorunması ilə əlaqədar Dövlət Fondu Torpaqlarında aparılan müşahidələr zamanı siçanabənzər gəmricilər aşkar edilərək Respublika Bitki Mühafizəsi Mərkəzindən dövlət hesabına 60 kq Brodfakum preparatı alınıb gətirilərək Dövlət fondu torpaqlarında və fermer təsərrüfatlarında əkilmiş taxıl sahələrində 600,0 hektarda kimyəvi mübarizə tədbirləri aparılmışdır. Taxıl sahələrində 1400,0 hektar sahədə alağa qarşı Diamin preparatı ilə hektara 2 litr təsiredici doza hesabı ilə kimyəvi mübarizə aparılmışdır.

       “Azərpoçt” MMC-nin Xocavənd Rabitə Qovşağının əsas fəaliyyət növü poçt rabitəsi olmaqla əhaliyə poçt, bank və maliyyə xidmətləri göstərir. 2019-cu ilin I rübü ərzində poçt filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkşafında və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən işlər görülməsinin nəticəsi olaraq filial üzrə rüblük tarif gəliri tapşırığı 101 faiz yerinə yetirilmişdir.
         2019-cu ilin 1-ci rübü ərzində rayonun təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2118 o cümlədən inək və camışlar 932 baş, qoyun və keçilər 17555 baş olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı ( diri çəkidə) 3385,0 sentner, süd istehsalı (fiziki çəkidə) 6513,0 sentner, yumurta istehsalı (min ədədlə) 71,0 ədəd olmuşdur. 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 8150 hektar sahədə buğda, 250 hektar sahədə arpa, 61 hektar sahədə soğan əkilmişdir. Baramaçılığın inkişafı ilə əlaqədar olaraq rayonumuzda 15500 ədəd, cari ilədə isə 22500 ədəd cəmi 38000 ədəd tut tingi əkilmişdir.
         Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol xəritəsi əsasında hazırlanmış «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2019-2030- cu illər)”na uyğun olaraq rayonda əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində müvafiq işlər həyata keçirilmişdir. Belə ki, 07 aprel 2016-cı il tarixdə əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq rayon üzrə 10 nəfərə verilmiş aktivlər biznes planlarının həyata keçirilməsindən bir il keçdiyi üçün onların mülkiyyətinə verilmişdir. Bununla yanaşı özünüməşğulluğun təmin olunması sahəsində 2018-ci il ərzində Mərkəzin əməkdaşları Beynəlxalq Əmək Təşkilatının təlimçisi ilə birlikdə Mərkəzə müraciət etmiş vətəndaşların həyat şəraiti ilə yerində taniş olmuş, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması üçün kriteryalara uyğun vətəndaşlar seçim turuna çağırılmış, onlardan 64 nəfəri bir aylıq təlim kursunda iştirak etmək hüququ qazanmışlar. Təlim kursuna cəlb olunmuş vətəndaşlardan 63 nəfəri bir aylıq təlim kursunu başa vuraraq öz biznes planlarının müdafiəsini başa çatdırmış, 2019-cu ilin yanvar ayında biznes planlarını müsbət həll etmiş vətəndaşlardan 55 nəfəri aktivlərlə təmin olunmuşdur ki, onlardan 53 nəfəri kənd təsərrüfatı, 2 nəfəri istehsal sahələri üzrə olmuşdur. Bununla yanaşı özünüməşğulluğun təmin olunması sahəsində 2018-ci il ərzində Mərkəzin əməkdaşları və Beynəlxalq Əmək Təşkilatının təlimçisi ilə birlikdə Mərkəzə müraciət etmiş vətəndaşların həyat şəraiti ilə yerində taniş olmuş, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması üçün kriteryalara uyğun vətəndaşlar seçim turuna çağırılmış, onlardan 16 nəfəri bir aylıq təlim kursunda iştirak etmək hüququ qazanaraq təlim kursunu başa vurmuşdular.
             Eyni zamanda məcburi köçkün əhalinin məşğulluğunun təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi məqsədi ilə  2003-2019-ci ilin 01 aprel tarixinədək 732-si daimi olmaqla, cəmi 1570 yeni iş yeri açılmışdır.
             2019-cu ilin I rübü ərzində Rayon Məşğulluq Mərkəzinə 32 nəfər (19 nəfəri qadın) işaxtaran vətəndaş müraciət etmişdir ki, həmin vətəndaşlardan 14 nəfəri işlə təmin olunmuşdur. 01.04.2019-cu il tarixə idarə, müəssisə və təşkilatlar tərəfindən boş iş yerləri haqqında verilən hesabat formasına əsasən rayon üzrə 100 vakant boş iş yerləri mövcuddur. Mövcud olan boş iş yerləri RMX- 28, Təhsil şöbəsi-46, Baytarlıq İdarəsi -1, digər boş iş yerləri (vakant) dövlət qulluğu ilə bağlıdır.
             2019-cu ildə qədim xalçaçılıq sənətinin inkişafı etdirilməsi və məcburi köçkünlərin işlə təmin edilməsi üçün Azərbaycan Respublikası “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon ərazisində xalça istehsalı emalatxanasının tikintisi nəzərdə tutulmuşdur. Bu məqsədlə məcburi köçkünlər üçün salınmış 320 ailəlik qəsəbənin ərazisindən 0.4 (63X63) hektar torpaq sahəsi ayrılmışdır.
           Məlum olduğu kimi artıq ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqi təmin edilmiş və rayonumuzda da həmin sitemin tətbiqinə başlanılmşdır.
          Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq yaradılmış “Dövlət satınalmalarının vahid internet portalı”ndan rayonun idarə müəssisə və təşkilatları artıq istifadə edirlər.
         Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol xəritəsinə uyğun olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron-qaimə fakturaların verilməsinə başlanılmışdır. Rayon ərazisində sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər də artıq yeni tətbiq edilmiş həmin sitemdən istifadə edirlər.
           Təhsilimizin məzmunca yeniləşməsinə istiqamətlənmiş yeni strategiya şagirdlərin ümumi inkişafını ləngidən mövcud yaddaş məktəbindən təfəkkür və düşüncə məktəbinə keçidi təmin etməkdədir. Bu strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmizin bütün təhsil müəsssisələrində şagirdlərin məntiqi, nitqi, yaradıcı təfəkkürü formaşalacaqdır ki, bu da gələcək nəsillərimizin daha da savadlı, kreativ düşüncəli gənclərin yetişməsində mühüm rol oynayacaqdır. Bu gün rayon orta ümumtəhsil məktəblərində şagirdlərin məntiqini, nitqini, onların bədii təfəkkürünü inkişaf etdirəcək məktəbdaxili fənn olimpiadaları və yarışların keçirilməsi bu istiqamətdə atılmış vacib adımlardandır.

           “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən rayonda hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi, təhsil muəssisələrinin reytinq sisteminin yaradılması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması sahəsində dövlət siyasətinin icrası qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Həmçinin Fəaliyyət Planında nəzərdə tutulduğu kimi, əsas prioritet istiqamətlərdən olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, məktəbəqədər təhsil üzrə nümunəvi kurikulumların tətbiqi qarşıda duran əsas vəzifələrdir.

                    Rayon ümumtəhsil məktəblərinin şagirdləri 2019-cu il ərzində müxtəlif müsabiqə və olimpiadaların qalibi olmuşlar. Belə ki, "Təhsil" Respublika İdman Mərkəzinin sərbəst güləş üzrə açıq Respublika birinciliyində Qurbanov Sənan və İsmayılzadə Ramiz I yerin qalibi olmuşlar. Həmçininin, 26 fevral-03 mart 2019-cu il tarixlərində Təhsil Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən “Xocalı Soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi respublika şahmat turnirində Tahirova Fidan David qızı 14 yaşadək qızlar arasında II yerin qalibi olmuşdur. 13 yanvar 2019-cu il tarixdə keçirilmiş 11 tam orta məktəb üzrə 145 şagirdin iştirak etdiyi fənn olimpiadasının ikinci rayon turunda 14 nəfər yüksək nəticə göstərərək yarımfinala vəsiqə qazanmışlar. Xocavənd rayon 2 saylı tam orta məktəbin şagirdi Cavadlı Cahan fənn olimpiadasının Respublika turuna vəsiqə qazanmışdır. 12 mart 2019-cu il tarixdə Xocavənd Rayon Təhsil Şöbəsində Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmiş və həmin müsabiqədə Salakətin kənd tam orta məktəbin XI sinif şagirdi Quliyeva Günel Barat qızı I yer tutaraq Respublika mərhələsinə göndərilmişdir.
          Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsində Xocavəndli məktəblilər də iştirak etmişdir. 23-26 mart 2019-cu il tarixlərində Quba-Qusar-Xaçmaz marşrutu üzrə Xocavənd rayonundan 20 şagird və 2 nümayəndənin iştirakı təmin edilmişdir.

 

Keçidlər