Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilmişdir.

16 may 2019 | 16:00

         YAP rayon təşkilatının üzvləri konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
          Konfransı giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov konfrans nümayyəndələrini salamladı və konfrans işinə başladı. Konfransda YAP Xocavənd rayon Gənclər Birliynin sədri Vüsal,Hüseynov (Hesabat çıxışı) , Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Cənab Eyvaz Hüseynov, fəal gənclərdən Anar İbrahimov, Ləman Quliyeva,Gültəkin Qaraşova və digərləri çıxış etmişlər.
         Konfransda Hüseynov Vüsal Cavay oğlu YAP Xocavənd rayon təşkilatı Gənclər birliyinin sədri seçilmişdir. Eyni zamanda 9 nəfərdən ibarət Şuranın üzvləri , 7 nəfərdən ibarət idarə heyəti , YAP Gənclər Birliyinin ümumrespublika konfransına nümayəndə seçilmişdir.Konfransda 11 nəfər yeni YAP üzvülərinə vəsiqələr və qiymətli hədiyyələr verilmişdi.
           Sonda Cənab Prezident İlham Əliyevə müraciət qəbul edilmişdi.

Keçidlər