Şriftin ölçüsü :

Saytın rəngi :

"Məndə sığar iki cahan" adlı tədbir keçirilib

22 may 2019 | 16:00

           21 may 2019-cu il tarixdə Xocavənd rayon Tuğ kənd tam orta məktəbində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin “ Nəsimi ili “ elan edilməsi ilə əlaqədar "Məndə sığar iki cahan" adlı tədbir keçirildi. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri dahi şairin həyatı və yaradıcılığına, poetik düşüncələrinə,elmi – fəlsəfi görüşlərinə həsr olunmuş maraqlı çıxışlar etdilər və səhnəciklər göstərdilər. Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsini Nəsimi yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən dəyər kimi yüksək qiymətləndirib. Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb.

Keçidlər