Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi dünyası" adlı tədbir keçirilib.

24 may 2019 | 16:00

             24 may 2019-cu il tarixdə Nərimanlı kənd tam orta məktəbində İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi dünyası" adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim, şagird kollektivi və digər qonaqlar iştirak ediblər.Çıxış edənlər Nəsiminin böyük şəxsiyyət, dahi mütəfəkkir olduğunu vurğulayaraq qeyd ediblər ki, Nəsimi dahi olduğunu yazdığı qəzəlləri ilə təsdiq edib.  

             Tədbiridə məktəbin şagirdləri İmadəddin Nəsimiyə həsr olunmuş ədəbi-bədii kompazisiya ilə çıxış edib, “Nəsimi” filmindən kiçik səhnəciklər canlandırıblar. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi, İ.Nəsimi yaradıcılığı barədə məlumat verilməsi olmuşdur.

 

Keçidlər